16 aprel 2016 14:00
Nikola Qliqorov: Ümid edirəm ki, Azərbaycanla oyuna mən də dəvət alacağam
Futbol üzrə Makedoniya yığmasının yarımmüdafiəçisi, "Xəzər Lənkəran"ın sabiq futbolçusu Nikola Qliqorov mayın 29-da Azərbaycana qarşı keçirəcəkləri yoxlama matçı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, Azərbaycanla oyuna mən də dəvət alacağam. Yığmamıza kömək etməyə hazıram. Azərbaycanın yaxşı komandasının olduğunu bilirəm. Ona görə də bu görüşdə qələbə qazanmaq üçün yaxşı hazırlaşmağımız lazımdır. Yığmanız barədə ancaq xoş sözlər söyləyə bilərəm. Yoxlama matçı olacağını nəzərə alsaq, yəqin ki, məşqçilərin müxtəlif tapşırıqlarını yerinə yetirməli olacağıq".
