16 aprel 2016 13:30
Ruslan Abışovun taleyi həkim müayinəsindən sonra bilinəcək
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov yenidən sıradan çıxıb. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan təcrübəli futbolçu ötən gün Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Rəvan"la görüşün ilk yarısında zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Hələlik, Abışovun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Hər şeyə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.
