16 aprel 2016 12:30
Samir Abasov: AZAL-a qarşı necə oynamaq lazım olduğunu bilirik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun ööncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmişəki qaydada hazırlaşırıq. Bu görüşdə yaxşı çıxış edəcəyimizə ümidliyəm. Təbii ki, meydana qələbə üçün çıxacağıq. AZAL barədə indi çox danışılır. Tez-tez qələbə qazandıqlarını nəzərə alsaq, bu, heç də təəccüblü deyil. Bir vaxtlar biz də elə idik (gülür). Onlar öz meydanlarında yaxşı oynayırlar. Amma AZAL-a qarşı necə oynamaq lazım olduğunu bilirik. Dişimizə görə bir rəqibdir. Rəqibin məşqçi və futbolçu heyətinə hörmətlə yanaşırıq. Lakin bu görüşdə qələbə qazanmaq istəyirik".
