16 aprel 2016 00:30

Salukvadze: Gəncədə bizi çətin oyun gözlədiyi dəqiqdir

"İnter"in müdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Kəpəz" çox yaxşı komandadır. Amma buna baxmayaraq, biz bu çətin səfər oyununda qələbə qazanmağa çalışacağıq. "Kəpəz" son iki oyunda uduzsa da, onların bizimlə matça motivasiyasız çıxacağını düşünmürəm. Əksinə, həm evdə oynadıqlarına görə, həm də uğursuz gedişata son qoymaq üçün mütləq qalib gəlməyə çalışacaqlar. Gəncədə yerli komandaya yaxşı azarkeş dəstəyi olur. Bizi çətin oyun gözlədiyi dəqiqdir".

Salukvadze komandaya UEFA tərəfindən verilən cəzaya da münasibət bildirib: "Klubumuz bu qərardan apelyasiya şikayəti edib. Necə olacağını zaman göstərəcək. Amma biz yenə də "İnter"in yayda avrokuboklarda çıxış edəcəyinə ümidliyik. Avrokubokları buraxacağımız halda özümün komandada qalıb-qalmayacağıma gəlincə, bu barədə hələ dəqiq bir söz deyə bilmərəm. Çünki bu barədə rəhbərliklə danışmaq lazımdır. "İnter"in bütün gürcü futbolçuları ilə müqaviləsinin müddəti may ayında başa çatacaq. Kimin qalacağını, kimin gedəcəyini zaman göstərəcək".

Salukvadze vaxtilə oynadığı Rusiyanın "Volqa" klubunun ona olan borcunu hələ də qaytarmadığını bildirib: "Volqa"dan hələ də öz pulumu almamışam. Hələ də danışıqlar davam edir. Onların mənə dəqiq nə qədər borclu olduğunu, məbləği açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, böyük məbləğdir".

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.