15 aprel 2016 19:40
Qriqorçuk texniki zonadan niyə qovuldu?
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşdıqları "Rəvan"la matçda texniki zonadan kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmanın sonlarında baş hakim Rauf Cabbarov tərəfindən tribunaya göndərilib.
Qeyd edək ki, buna səbəb Qriqorçukun baş hakimə verdiyi qərara görə sərt reaksiya nümayiş etdirməsi olub. Hakimin ünvanına səsləndirdiyi fikirlər ukraynalı mütəxəssisin texniki zonadan uzaqlaşdırılması ilə nəticələnib.
