15 aprel 2016 18:40

Şahin Diniyev: Meydana səbəblərlə yox, qələbə əzmi ilə çıxacağıq

Sabah Gəncə şəhər stadionunda “İnter” ilə qarşılaşacaq “Kəpəz” bu oyunun hazırlığını tamamlayıb. Azerisport.az xəbər verir ki, “dağlılar”ın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini bölüşüb:

“İki uğursuz oyundan sonra qeyd etmişdim ki, komandada fiziki və psixoloji durum yerində deyil. Bu da anlaşılandır. 11 futbolçu ilə çempionatı keçirmək çətindir. Həftə boyunca fiziki və psixoloji vəziyyəti düzəltmək üçün bu yöndə işlədik. Eniş dövründən çıxmağa çalışdıq”.

Təcrübəli çalışdırıcı qarşıdakı matçın əhəmiyyətindən də bəsh edib: “İnter” ilə görüş bizim üçün üçüncü yer uğrunda əsas mübarizə oyunlarından biridir. Hələ heç nə itirilməyib. Qalib gəlməklə üçüncü yeri özümüzə qaytara bilərik. Bu rəqiblə oyunlar həmişə çətin olub. Əvvəlki üç matçdan bir xal götürmüşük. Əlimizi yanımıza sallamayacağıq. Yəqin ki, liderlərə yaraşan bir oyun olacaq. Görüşdən qələbə gözləyirik. Amma bu o qədər də asan olmayacaq. Qalib gəlmək üçün daha çox güc sərf etməliyik. Mənə elə gəlir ki, “Qarabağ”dan sonra ən çətin oyunumuz “İnter” ilə olacaq”.

Şahin Diniyev zədə səbəbindən matçı buraxacaq Namiq Ələsgərovun yoxluğu haqda da danışıb: “Əsas heyətin bütün futbolçuları heç də həmişə sıralarımızda olmur. Cəza və ya zədə səbəbindən hansısa futbolçu oyunu buraxmaq məcburiyyətində qalır. Hər dəfə kiminsə kənarda qalması bizə təsir edir. İndi də Namiqin xidmətindən məhrumuq. Ehtiyat qüvvənin geniş olmaması oyunumuza təsirini göstərir. Çalışacağıq ki, Ələsgərovun yoxluğunu digər futbolçularla sığortalayaq. Onun yoxluğu görünəcək, bu, sürətin aşağı düşməsinə gətirib çıxara bilər. Amma sabah meydana səbəblərlə yox, qələbə əzmi ilə çıxacağıq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.