15 aprel 2016 16:30
Tino Peres yığmamızı tərk edə biləcəyini istisna etmir
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Tino Peres bəyan edib ki, millimizlə yollarını ayıra bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələ bu barədə dəqiq heç nə söyləyə bilmərəm. Azərbaycanda qalıb-qalmayacağımı bilmirəm. Yaxın günlərdə futzal federasiyasının prezidenti ilə görüşəcəyəm. Orada gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcəyik".
Qeyd edək ki, ispaniyalı mütəxəssis Azərbaycan futzalındakı vəziyyətdən narazıdır. Müqaviləsinin müddəti may ayında başa çatacaq Peres belə hesab edir ki, futzalın ölkəmizdə inkişafı yönündə heç bir iş görülmür.
