15 aprel 2016 15:00
Vəli Qasımov: Qarabağa qalib gəlməyə çalışacağıq
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" Premyer Liqanın digər klublarından kəskin fərqlənir. Komanda sabit və yaxşı oyun sərgiləyir. Hansı ki, bu, bizdə çatışmır. Buna baxmayaraq, qarşıdakı oyunda qələbə qazanmağa çalışacağıq. "Neftçi"də özünü yaxşı tərəfdən göstərə və nəticə qazanmağa qadir futbolçular var. Məhz bu futbolçular qarşıdakı oyunda öz potensiallarını açmalıdırlar".
