15 aprel 2016 13:40

Qurban Qurbanov: Ad günümü işdə keçirdim

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qarşıdakı oyuna hazırlıq necə gedir?
- Hər şey normaldır. Yaxşı hazırlıq keçmişik. Heç bir problemimiz yoxdur. Hər şey plan üzrə gedir.

- Heyətdə itki var?
- Samuel Armenterosun ayaq əzələsində problem var. Böyük ehtimalla qarşıdakı oyunu buraxacaq. Miçel də sarı vərəqə limitini doldurub. Buna görə o, qarşıdakı oyunda komandaya kömək edə bilməyəcək.

- Növbəti rəqibiniz qeyri-sabit çıxış edir. Bu, sizin üçün hansısa üstünlük yaratmır?
- "Neftçi"nin o dərəcədə pis vəziyyətdə olduğunu deməzdim. Onlar səfərdə "İnter" və "Xəzər Lənkəran" kimi rəqiblərə qalib gəliblər. Komanda Vəli Qasımovun tələb etdiyi oyunu sərgiləməyə başlayıb. Bizə asan olacağını düşünmürəm. Bütövlükdə, "Neftçi" ilə oyunlarımız həmişə maraqlı və çətin keçir. Bizi mövsümün ən çətin oyunlarından biri gözləyir. Ona görə də diqqətli oynamalıyıq.

- Ötən gün 44 yaşınız tamam oldu. Adətən futbolçular baş məşqçilərinə ya qalstuk hədiyyə edirlər, ya da qələbə...
- Ad günüm artıq geridə qalıb. Oyun isə qarşıdadı. Qalstuk geyinməyi isə sevmirəm.

- Ad gününüzü necə keçirdiniz?
- İş proqramımdan kənara çıxmadım. Ad günümü işdə keçirdim.

- 44 maraqlı rəqəmdir. Bununla bağlı xüsusi bir fikriniz oldu?
- Xeyr, olmadı. Sadəcə, illərin necə gəlib keçdiyini düşündüm. Allah bizə həyat bəxş edib və biz də onu düzgün keçirməyə çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.