15 aprel 2016 13:00
Bəhmən Həsənov: Qəbələdən xal almağa çalışacağıq
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Normal hazırlaşmışıq. Elvin Əliyevlə Yamin Ağakərimzadədən başqa ciddi itkimiz yoxdur. Qarşıdakı görüşə yaxşı köklənmişik. Sonadək mübarizə aparmağa, "Qəbələ"dən xal almağa çalışacağıq. Çətin olacaq. Amma biz buna nail olacaq gücdəyik. Çempionatın sonuna az vaxt qalır. Lakin biz hələ də "Xəzər Lənkəran"ı turnir cədvəlində keçə bilməmişik".
