15 aprel 2016 12:40
Elnur Məmmədov təkzib etdi
"Neftçi"nin icraçı direktoru Elnur Məmmədov komanda üzvləri arasındakı münasibətlərdən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klub rəhbərliyinin oyunçularla mübahisəsi ola bilməz. Sadəcə, nəticələrlə, çıxışımızla əlaqədar komandaya müəyyən iradların bildirilməsi normaldır. Biz bunu afişaya çevirmirik. Amma bu və ya digər futbolçu daxili kodeksləri pozursa, qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmirsə, biz onu cərimə edirik. Hazırda komandamız "Qarabağ"la vacib oyuna hazırlaşır. Ona görə də belə bir vaxtda mətbuatda doğru olmayan məlumatların dərc olunması heç də yaxşı hal deyil".
