15 aprel 2016 12:00

Neftçinin Müşahidə Şurası Vəli Qasımov üçün qarşıya qoyulan məqsədi açıqladı

Ötən gün "Neftçi”nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Müşahidə Şurasının təsis olunmasından indiyə kimi ötən 1 il müddətində görülmüş işlər barəsində geniş hesabat təqdim edilib.

İlk olaraq klubun icraçı direktoru Elnur Məmmədov klubun inkişaf strategiyasına uyğun olaraq tərəfdaş və sponsorlarla əməkdaşlıq, ali təhsil ocaqları, orta məktəblər və azarkeşlərlə iş, ev oyunlarının təşkili, könüllü sisteminin tətbiqi, Avropa Klublar Assosiasiyasındakı (ECA) üzvlük fəaliyyəti, klubun futbol akademiyasının işinin təşkili, mövsüm ərzində keçirilmiş təlim-məşq toplanışları, məşqçilərin inkişafı, media və ictimaiyyətlə qurulmuş əlaqələr və ən əsası, klubun yeni təlim-məşq bazasında görülən işlərlə əlaqədar geniş məlumat verib. Təqdimatdan sonra Müşahidə Şurası görülən işləri qənaətbəxş hesab edib və gələcək üçün təlimatlarını verib.

Məlumat üçün bildiririk ki, "Neftçi”nin illik hesabatının elektron variantı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

İclas zamanı müzakirə olunan digər mühüm məsələ əsas komandanın ölkə çempionatında və kubokundakı çıxışı olub. "Neftçi”nin idman direktoru və baş məşqçi səlahiyyətlərini icra edən Vəli Qasımov əsas komandanın ümumi vəziyyəti və mövcud olan problemlər barədə klub rəhbərliyinə hesabat verib. Bu günə olan göstəricilərə görə kubok uğrunda mübarizədə istənilən nəticə əldə olunsa da, "Neftçi”nin ölkə çempionatının turnir cədvəlində tutduğu yer rəhbərliyi, eləcə də azarkeşləri qane edə bilməz. Növbəti turlarda komandanın uğurlu çıxışı və turnir cədvəlində mümkün qədər irəliləməsi, eləcə də kubok oyunlarına ciddi hazırlaşmaq qarşıya məqsəd qoyulub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.