15 aprel 2016 11:40

Robert Prosineçki: Həyat yoldaşım cəbhədə baş verənlərdən qorxmuşdu

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki aprelin əvvəlində cəbhə bölgəsində baş verən hadisələrdən danışıb, millimizin DÇ-2018-in seçmə mərhələsindəki şanslarına toxunub. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis öncə bunları söyləyib:

"Harada, dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, müharibə, insanların ölümü həmişə pisdir. Azərbaycandakı hadisələr paytaxtdan çox uzaqda, ölkənin qərbində baş verir. Buna baxmayaraq, həyat yoldaşım buna görə bir qədər qorxurdu. Çünki uşaqlarımız Bakıda məktəbə gedirlər. Lakin hazırda onlar Xorvatiyadadırlar və bir neçə gün məktəbi buraxmalı olacaqlar".

Millimizin çalışdırıcısı yeni seçmə mərhələyə hazırlıqdan da söz salıb: "Biz düzgün addımlar atmağa çalışırıq və hesab edirəm ki, doğru yoldayıq. Vaxtilə Xorvatiya yığmasına qarşı yaxşı oyun sərgiləyə biləcəyimizi söyləyəndə bunu meydandakı oyunumuzla da sübut etdik. Qarşıda bizi DÇ-2018-in seçmə mərhələsi gözləyir. Qrupumuzdakı komandaların heç biri üçün bizimlə oyun asan olmayacaq, heç bir rəqib bizə asanlıqla qalib gələ bilməyəcək. Eyni zamanda çox çətin qrupda yer aldığımızı qeyd etmək istərdim. Çexiya, Norveç, Şimali İrlandiya, Almaniya, San-Marino kimi komandalarla mübarizə aparmalıyıq".

Xorvatiyalı mütəxəssis ölkəsinin yığma komandasının Fransada keçiriləcək AÇ-2016-dakı şansları barədə də söz açıb: "Xorvatiya yığmasının taleyinə Türkiyəyə qarşı keçiriləcək ilk oyun böyük ölçüdə aydınlıq gətirəcək. Türkiyə yığması son illərdə çox güclüdür. Qrupdan çıxmağımız məhz bu rəqiblə görüşdən asılı olacaq. Bu komandaya qalib gəlsək, qrupdan çıxa bilərik".

(Max)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.