15 aprel 2016 11:20
Neftçi - Qarabağ oyunu 1-10 manata
Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, aprelin 16-da “Bakcell Arena”da keçiriləcək oyun saat 16:00-da başlanacaq.
