"Çempionluq uğrunda mübarizə aparmaq üçün Qarabağa, Neftçiyə, Qəbələyə qalib gəlməliyik"
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionatın döyüşkən komandalarından birinə qarşı oynayacağıq. Çətin görüş olacaq. Onların "Neftçi" ilə oyununa baxmışıq. Bu komandanın üzvlərində uğur qazanmaq üçün sadəcə, ustalıq çatışmır. Amma tərifə layiq futbol sərgiləyirlər. Ona görə də bu görüşə ciddi hazırlaşmışıq. Qələbə qazanmaq istəyirik. Daha sonra "Neftçi", "Qarabağ" və "Qəbələ" ilə oyunlarımız olacaq. Bakılılar "qara zolaqdan" çıxmaq üçün bizə qalib gəlməyə çalışacaqlar. Amma biz də bu rəqiblə görüşdə 3 xal qazanmaq istəyrik. Biz bu mövsüm "Qarabağ"a qalib gələ bilməmişik. Lakin onlarla evdə oynayacağımız üçün qələbə qazanmağa çalışacağıq. Çempionluq uğrunda mübarizə aparmaq istəyiriksə, bu oyunlardan qalib ayrılmalıyıq".
