15 aprel 2016 00:25

Topaz Premyer Liqasında 30-cu tur həyacanı

Bu həftə Topaz Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək tur “Qarabağ”la “Neftçi” arasında qarşılaşma ilə əlamətdar olacaq. Ölkə çempionatlarının daimi iştirakçılarının dueli ilə yanaşı, mükafatlar uğrunda mübarizə aparan “Kəpəz”lə “İnter” arasında qarşılaşma da böyük maraq doğurur.

İlk oyun günündə bir görüş baş tutacaq. Turun açılış matçında “Qəbələ” doğma meydanda “Rəvan”ı qəbul edəcək. Bu klublar 12-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 11 oyunda qəbələlilər 7, bakılılar 2 qələbəyə seviniblər. Yerdə qalan 2 oyunda isə heç-heçə qeydə alınıb. Top fərqi də "Qəbələ"nin xeyrinədir - 21:9. “Rəvan” son 8 qarşılaşmada qalib gəlməyib. “Qəbələ” son 4 matçda qol vurub. “Rəvan” son iki səfər oyununda heç-heçə edib. Cari mövsüm baş tutan əvvəlki oyunlara gəlincə, "Qəbələ" öz meydanında bu komanda ilə 1:1 hesablı heç-heçəyə razılaşsa da, səfərdəki görüşlərdə 3:0 və 1:0 hesabıyla qalib gəlib. Bu görüşdə də favorit şübhəsiz ki, "Qəbələ"dir.

İkinci oyun günündə iki görüş keçiriləcək. Öncə Gəncədə "Kəpəz" "İnter"i qəbul edəcək. Bu klublar əvvəllər 21 dəfə üz-üzə gəliblər ki, onların daha çoxunda - 14 dəfə "İnter" qalib gəlib. Gəncəlilər cəmi 4 oyunda 3 xala sevindikləri halda, 3 görüşdə də heç-heçə qeydə alınıb. Top fərqi də gəncəlilərin xeyrinə deyil - 18:40. “Kəpəz” 7 oyundur bu rəqibi üzərində qələbə qazana bilmir. “İnter” isə 4 matçdır Gəncə təmsilçisindən ümumiyyətlə qol da buraxmır. Gəncə təmsilçisi son 3 ev qarşılaşmasında da qol sevinci yaşamayıb. Cari mövsümdə baş tutan oyunlara gəlincə, "İnter" öz meydanındakı hər iki oyunda eyni hesabla (1:0) üstün olub. Gəncədəki ilk oyunda isə qolsuz heç-heçə qeydə alınıb.

Günün digər matçında Azərbaycan çempionatlarının daimi iştirakçısı olan iki klub - "Neftçi" ilə "Qarabağ" üz-üzə gələcək. Azərbaycan derbisi adlandırılan bu görüşə maraq heç də az deyil. Baxmayaraq ki, lider "Qarabağ"la müqayisədə "Neftçi" turnir cədvəlinin alt pillələrində qərarlaşıb. Amma buna baxmayaraq, paytaxt klubu Ağdam təmsilçisi üçün heç də asan rəqiblərdən sayılmır. Necə ki, bu mövsüm baş tutan ilk oyunda tərəflər 1:1 hesablı heç-heçəyə razılaşmışdısa, ikinci dövrədə "Neftçi" iddialı rəqibini 1:0 hesabıyla məğlub etmişdi. "Qarabağ" yalnız üçüncü dövrədə "ağ-qaralar"ın 2 cavabsız qolla yenə bilmişdi. Bütövlükdə, bu komandalar 64-cü çempionat oyununa çıxacaqlar. Əvvəlki 63 oyundan 21-də "Qarabağ", 18-də "Neftçi" üstün olub. 24 qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqində də ağdamlılar cüzi fərqlə öndədirlər - 62:59. Ölkə çempionatında ən çox qarşılaşan rəqiblərin son 4 oyununda meydan sahibi olan tərəf uduzmayıb. “Neftçi” son 11 matçda cəmi 1 dəfə qalib gəlib.

Son oyun gününə də iki matç təsadüf edəcək. Əvvəlcə mövsümün debütantı olmasına baxmayaraq, sürpriz komandasına çevrilən "Zirə" doğma meydanda "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirəcək. Bu komandalar yalnız cari mövsümdə üz-üzə gəliblər. Həmin üç oyunun hamısında da “Zirə” qalib gəlib - 1:0, 1:0, 2:0. “Xəzər Lənkəran” bu rəqibinə qol vura bilməyib. Elə bu dəfəki oyunda da cənubluların iddialı rəqibinə ciddi müqavimət göstərməsi inandırıcı görünmür.

Nəhayət, turun qapanış matçında AZAL "Sumqayıt"la qarşılaşacaq. Bu komandalar yubiley - 20-ci matça çıxacaqlar. Əvvəlki 19 oyundan 7-də bakılılar, 4-də sumqayıtlılar qalib gəldikləri halda, 8 qarşılaşmada heç-heçə qeydə alınıb. Top fərqində də AZAL-ın üstünlüyü var - 26:20. Son 4 oyunda qapılara 2 qol vurulub. AZAL indiyədək evdə uduzmayıb. Cari mövsümkü oyunlara gəlincə, Sumqayıtda baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb. Son iki oyunda isə həm AZAL, həm də "Sumqayıt" ev oyununda 2:0 hesabıyla üstün olub.

Topaz Premyer Liqası
30-cu tur

15 aprel (cümə)

16:00. “Qəbələ” - “Rəvan”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.

16 aprel (şənbə)

13:30. “Kəpəz” - “İnter”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Gəncə şəhər stadionu.

16:00. “Neftçi” - “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “Bakcell Arena”.

17 aprel (bazar)

16:30. “Zirə” - “Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

19:00. AZAL - “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “AZAL Arena”.

1Qarabağ29206353-1866
2Zirə29168538-2256
3İnter29139727-1848
4Kəpəz29129835-3045
5Qəbələ291110833-2443
6AZAL291161222-2839
7Neftçi291081128-3138
8Sumqayıt296111230-3929
9Xəzər Lənkəran29352112-3914
10Rəvan29381819-4811

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
13
- Nelson Bonilya ("Zirə").
10 - Dani Kintana ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi").
9 - Riçard Almeyda ("Qarabağ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.