Tural Cəlilov: XL Zirə ilə matça qələbə qazanmaq istəyir
"Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" ilə oyuna ciddi hazırlaşırıq. Bu oyunda qələbə qazanmaq bizim üçün çox vacibdir. Bütövlükdə, yaxşı oynayırıq. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmirik. Bunu da yoluna qoya bilsək, hər şey yaxşı olacaq. Allah eləsin ki, "Zirə" ilə oyunda qələbə istəyimizə çataq. Buna nail olsaq, davamı da gələcək. Son turdakı "Neftçi" ilə oyuna gəlincə, xeyli qol şansımız olsa da, bunlardan yararlana bilmədik və sonda uduzduq. Ən azından bir qol şansımızdan yararlana bilsəydik, heç-heçə edə bilərik. Oyunda üstünlük də bizim tərəfimizdə idi. Amma buraxılan qoldan sonra toparlana bilmədik".
