14 aprel 2016 18:30

Mətin Gülər: Azərbaycan yığması AÇ-yə indidən tam hazırdır

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının yarımmüdafiəçisi Mətin Gülər azerisport.az saytına müsahibəsində Bakıda keçiriləcək Avropa çempionatından, rəqiblərdən və komandadakı ab-havadan danışıb:

- Yığmamız Portuqaliya, Belçika və Şotlandiya ilə bir qrupa düşdü. Şanslarınızı necə qiymətləndirirsiniz?
- Çox çətin qrupdur. Digər qruplarla müqayisədə bizim qrupumuz bir qədər yaxşı görünə bilər. Amma əslində bu qrup da çətindir.

- Bu qrupdan çıxmağa gücünüz çatacaq?
- Əlbəttə. Yaxşı şansımız var. Hətta qrupdan çıxacağımızı dəqiq söyləyə bilərəm. Buna tamamilə əminəm.

- Yığmamız AÇ-2016-ya fiziki, taktiki və psixoloji baxımdan tam hazırdı?
- Mənə elə gəlir ki, biz hamımız AÇ-yə tam hazırıq.

- Qrupda hansı komanda ilə oyunun daha çətin olacağını düşünürsünüz?
- Şübhəsiz ki, Portuqaliyaya qarşı oyunun. Biz onlarla əvvəl qarşılaşmışıq. Revanş almaq lazımdır.

- AÇ sizin üçün tramplin ola bilərmi? Qitə birinciliyindən sonra Avropanın daha güclü klublarından birinə keçəcəyinizə ümidiniz var?
- Əlbəttə, mənim də öz hədəflərim var. Amma hansı klubların xoşuna gələcəyimi bilmirəm. İndi Azərbaycan yığmasına faydalı olmaq barədə düşünürəm. Ümid edirəm ki, gələcəkdə İngiltərə və Almaniya klublarından hansındasa çıxış edə biləcəyəm.

- Yəqin ki, Türkiyə yığmasının qardaş ölkədə keçiriləcək AÇ-yə vəsiqə qazana bilməməsi sizi məyus edir...
- Bəli, Türkiyə yığmasının final mərhələsinə vəsiqə qazana bilməməsi məni doğrudan da məyus etdi. Onlara qarşı oynamağı çox istərdim. Amma nə etmək olar? Görünür, qismət deyilmiş.

- AÇ-də hansı qrupu "ölüm qrupu" hesab edirsiniz?
- Fikrimə, İtaliya, Hollandiya, İspaniya və Serbiya yığmalarının mübarizə aparacağı D qrupu. Bu, doğrudan da çox çətin qrupdur.

- Məlum olduğu kimi, aprelin əvvəlindən cəbhə bölgəsində vəziyyət gərginləşib, şəhidlərimiz var. Bu, komandaya necə təsir edib? Düşərgədə problem yaratmır ki?
- Xeyr. Əksinə, bu, bizə daha böyük motivasiya verir. Biz Azərbaycan xalqını sevindirmək istəyirik. Onların bu Avropa çempionatının həyəcanını bizimlə birgə yaşamasını istəyirik.

- Azarkeşlərin stadionu dolduracağına əminsiniz? Məsələn, komandamız ötən il elit mərhələyə yüksələndə tribunalarda demək olar ki, azarkeş yox idi...
- Əminəm ki, Azərbaycan xalqı stadiona gəlib, bizi dəstəkləyəcək. Çünki biz ilk dəfə AÇ-də çıxış edəcəyik və doğma meydanda oynayacağıq. Belə tarixi oyunlarda bizə dəstək çox lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.