14 aprel 2016 17:30

Orxan Əliyev: Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq

Qış transfer pəncərəsi dövründə “Kəpəz”ə cəlb olunan Orxan Əliyev artıq adaptasiya dövrünü geridə qoyaraq komandaya tam uyğunlaşıb. Azerisport.az xəbər verir ki, turdan-tura əvəzedici heyətdə formasını bərpa edən gənc futbolçu indi əsas heyətin üzvlərindəndir.

Baş məşqçi ona son üç turda ilk “11-lik”də yer verib. Əliyev klub saytına hər matçda etimadları doğrultmağa çalışdığını deyib: “Şahin Diniyev meydana hazırlıqlı futbolçunu buraxır. Yəqin ki, əvvəllər tam hazır olmadığım üçün kənarda qalmışam. Mənə bəslənən ümidləri doğrultmağa, məşqçinin hər dediyi göstərişə əməl etməyə çalışıram. Şahin müəllim mənə dəstək verir, yol göstərir. Oyundan-oyuna daha yaxşı oynamağımı istəyir. Belə davam etsəm, düşünürəm ki, mənim üçün yaxşı olacaq”.

Orta sahədə çıxış edən futbolçu yarımmüdafiənin hər iki cinahında oynamağı bacarır. Məşqçilər isə ona daha çox sağ cinahda şans verirlər: “Futbola yeni başlayanda sağ və sol cinahlarda mübarizə aparırdım. Sonradan mərkəzə çəkdilər, hücumda oynadım. Mənim üçün harada oynamağımın fərqi yoxdur. Hər iki mövqe rahat olmaqla oynadığım futbola uyğundur”.

Orxan Əliyev komandasının aprelin 16-da Gəncədə çempionatın 30-cu turunda “İnter” ilə keçirəcəyi oyun haqda da danışıb: “Əhval-ruhiyyəmiz yaxşıdır, məşqlərə və qarşıdakı oyuna ciddi yanaşırıq. Fikrimiz qələbə qazanmaqdır. Çünki evdə bizi başqa nəticə qane etmir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.