14 aprel 2016 16:00

Tahir Gözəl: Rəqibləri Qarabağla səfər oyunlarından çəkinir

"Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün jurnalistlərlə görüşüb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun prezidenti öncə son dövrlər cəbhə bölgəsində baş verən hadisələrdən bəhs edib:

"Bu yaxınlarda cəbhə bölgəsində ciddi hadisələr baş verdi. Neçə əsgərimiz şəhid oldu. Biz öz torpaqlarımızda oynamaq istəyirik. Hər şey yaxşı olacaq. Komanda üzvləri ilə görüşdüm, söhbət etdik. Qarşıdakı avrokubok mövsümünün bizim üçün daha böyük önəm daşıdığını qeyd etdik. Ötən illərdəki uğurlarımızı təkrarlamalıyıq. Belə bir kritik məqamda Avropada uğur qazanmağımız vacibdir".

Gözəl növbəti turda qarşılaşacaqları "Neftçi" ilə oyuna da toxunub: "Neftçi" böyük tarixə malik klubdur. Onların hazırda düşdüyü vəziyyətə görə təəssüf hissi keçirirəm. İstərdim ki, bu komanda yenidən çempionatın liderləri sırasına qayıtsın. "Qəbələ"nin də işləri son dövrlər yaxşı getmir. Yaxşı məşqçiləri var. Biz Qurban Qurbanovla da bu barədə söhbət etmişik".

"Yaxşı azarkeşlərimiz var. Rəqiblər bizimlə səfər oyunlarından çəkinirər. Biz bu intizamı, sabitliyi qorumalıyıq ki, avrokuboklarda rəqabətə davam gətirə bilək".

"Komanda üzvləinə dedim ki, böhran hər yerdə var. Onlar çox yaxşı şəraitdə hazırlıq keçirlər və heç bir çətinlik hiss etmirlər. Dedim ki, sizə yalnız məşq etmək və oynamaq qalır. Avrokuboklarda da öz güclərini göstərməlidirlər".

Gözəl transfer planlarından da söz açıb: "Transfer məsələsində biz Qurban Qurbanova sərhəd qoymamışıq. O, öz seçimlərində sərbəstdir. Kimi seçəcəyinə yalnız özü qərar verir. Reynaldo da tam əvvəlki formasını bərpa etsəydi, lap yaxşı olardı. Klubumuz ondan çox şey gözləyir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.