14 aprel 2016 15:40
"Qarabağın ev oyunlarında daha çox azarkeş görmək istəyirəm"
"Qarabağ"ın prezidenti Tahir Gözəl bu gün jurnalistlərlə görüşündə komandasının oyunlarında daha çox azarkeş görmək istədiyini bəyan edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyunlarımızın daha böyük stadionlarda keçirilməsini istərdim. Amma arenanın tam dolmamasından qorxuram. Tribunalarda boş yerlərin olduğunu görməyi sevmirəm. Tofiq Bəhramov adına Respublika stadionundakı avrokubok matçlarımızda arena həmişə dolu olur və orada doğrudan da yaxşı atmosferin şahidi oluram. Məbuat da bizi dəstəkləsə, pley-off və qrup mərhələsindəki ev oyunlarımızı orada keçirə bilərik".
