Domaqoy Vida Xorvatiyanın yığmamıza məğlubiyyətini qazonla əlaqələndirdi
Xorvatiya yığmasının müdafiəçisi Domaqoy Vida AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirdikləri oyunu xatırlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz bitən görüşlə bağlı bunları söyləyib:
"Biz seçmə mərhələyə çox yaxşı başlamışdıq. Hətta İtaliyanı da qabaqladığımız dövrlər var idi. Amma Azərbaycan və Norveçlə oyunlardakı ardıcıl iki uğursuzluq bizim üçün böyük zərbə oldu. Hətta baş məşqçimizi də itirdik. Təbii ki, bu uğursuzluqlara görə bizə qarşı çoxlu tənqidlər var idi. Hesab edirəm ki, bu tənqidlər haqlı idi. Azərbaycanla oyundakı xal itkisini qazonun pis vəziyyətdə olması ilə izah etmək olarsa, Norveçlə qarşılaşmaya yaxşı köklənə bilməmişdik". (dynamo.kiev.ua)
Xatırladaq ki, Azərbaycan - Xorvatiya matçı "Bakcell Arena"da keçirilmişdi.
