14 aprel 2016 14:00
Yığmamızın Sloveniyada toplanışı olacaq
Mayın 25-dən iyunun 5-dək Sloveniyada 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi dövründə yığmamızın 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı hələ müəyyənləşməyib. (AFFA)
