14 aprel 2016 13:20
Sezar Meza Kolli: 10 günə heyətə dönəcəyəm
"İnter"in hücumçusu Sezar Meza Kolli bəyan edib ki, tezliklə komandasının sıralarına dönəcək. Azerisport.az saytına açıqlama verən paraqvaylı futbolçu AZAL-la oyunda aldığı zədə ilə bağlı bunları söyləyib:
"Həkimlər mənə ciddi bir problem olmadığını dedilər. Onların sözünə görə, 10 günə heyətə dönə biləcəyəm".
Sezar mövsümün sonunda "İnter"dəki aqibətinə də toxunub: "Hələ müqavilənin müddətini uzadıb-uzatmayacağımızı bilmirəm. Amma mən komandada qalmağımı istərdim. Hazırda daha çox qarşıdakı "Qarabağ"la kubok oyunları barədə düşünürəm".
