Yuri Fomenko: Müharibə yaxşı şey deyil
"İnter"in hücumçusu Yuri Fomenko Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında ukraynalı forvard son dövrlər cəbhə bölgəsində əsgər və hərbçilərimizin şəhid olmasına da toxunub:
"Avkuboklara vəsiqə qazanmaq üçün mübarizə aparan keçmiş klubuma qarşı oynamaq xoş olacaq. Onların uğurlu mövsüm keçirmələrinə sevinirəm. Çox yaxşı kollektivə malikdilər. Amma biz də meydana qələbə üçün çıxacağıq. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq istəyirik. Çox maraqlı oyun olacaq. Çünki dolu tribunalar önündə oynayacağıq.
Son dövrlərdə azərbaycanlı əsgərlərin cəbhə bölgəsində şəhid olmasına gəlincə, onların yaxınlarına, ailələrinə başsağlığı verirəm. Ümid edirəm ki, bu problem sülh yolu ilə həllini tapacaq. Siz Ukraynadakı hadisələr zamanı nə qədər insanın öldüyünü bilirsiniz? Bu, kimə lazımdır ki? 21-ci əsr texnika erasıdır. Müharibə isə heç də yaxşı şey deyil".
