14 aprel 2016 12:20
Roman Qriqorçuk: Rəvanla bu dəfəki oyunumuz da çətin olacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Vəziyyəti düzəltmək üçün qələbə qazanmaq lazımdır. Çox pis oynadığımızı deməzdim, amma çox yaxşı da çıxış etmirik. Lakin bu qədər oyunda uduzmağa layiq oyun sərgilədiyimizi də deməzdim. Qarşıdakı oyunda qalib gəlməliyik ki, komandada psixoloji vəziyyəti də yaxşılaşdıraq. Əlbəttə, "Rəvan" asanlıqla təslim olan komanda deyil. Bu rəqiblə əvvəlki oyunlarımız da asan keçməyib. Bu dəfə də çətin olacaq".
