İtaliya da Azərbaycanın potensial rəqibi oldu
Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, bu, İtaliya yığması olub.
Sözügedən komanda Macarıstanla cavab görüşündən 6:0 hesablı qələbə ilə ayrılıb. İlk oyunda da 3:0 hesabıyla üstün olan italyanlar DÇ-yə vəsiqəni təmin ediblər.
Qeyd edək ki, İtaliya mundiala vəsiqə qazanan 17-ci komanda olub. Daha öncə Avstraliya, İran, Tailand, Özbəkistan, Vyetnam, Solomon adaları, Argentina, Braziliya, Kolumbiya, Paraqvay, Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna, Portuqaliya və İspaniya DÇ-yə vəsiqəni təmin etmişdi.
Mundialın qalan 7 iştirakçısı Afrika və Şimali Amerika təmsilçiləri olacaq.
Xatırladaq ki, DÇ-2016 sentyabrın 10-da start götürüb, oktyabrın 1-də başa çatacaq.
