14 aprel 2016 00:35
Nurlan Novruzov: Onlar istənilən rəqibə problem yarada bilərlər
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Xəzər Lənkəran"la oyunumuz heç də asan olmayacaq. Bu komandanın son dövrlər necə oyun sərgilədiyini hamı görür. Ola bilər ki, nəticələri ürəkaçan deyil. Amma onlar çox yaxşı kollektiv oyun sərgiləyirlər. Fikrimcə, "Xəzər Lənkəran"ın üstünlüyü heyətində bu qədər gənc futbolçusunun olmasındadır. Hansı ki, onlar meydanda çox hərəkətli olurlar, sonadək mübarizə aparırlar. Onlar istənilən rəqibə problem yarada bilərlər".
