Matiya Şpiçiç: İnterdən UEFA-ya şikayət etməmişdim
"İnter"in sabiq müdafiəçisi Matiya Şpiçiç bəyan edib ki, paytaxt klubu ilə aralarındakı borc məsələsində razılığa gəliblər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"UEFA-nın "İnter"i avrokuboklarda oynamaqdan məhrum etməsinə təəssüflənirəm. Belə bir klubun avrokuboklara buraxılmaması çox pisdir. Keçmiş klubumda baş verənləri yaxından izləyirəm. Təəssüf ki, onlar bir mövsümü boşa vermiş olacaqlar. Mən "İnter"dən UEFA-ya heç bir şikayət etməmişdim. Sadəcə, klub rəhbərliyi ilə söhbətimiz olub. Klubun maliyyə problemlərinin olduğunu anlayırdım. Buna görə də borcun məbləğini aşağı salmağa razılıq verdim. Başqa cür edə də bilməzdim. Çünki orada oynamışam, "İnter" mənim üçün doğma komandadır. Amma görünür kimlərsə UEFA-ya şikayət edibmiş. Lakin kimlərin şikayət etdiyini bilmirəm".
