13 aprel 2016 18:20

Şəhriyar Əliyev: Bizim gücümüz birliyimizdədir

“Qısa istirahətdən sonra məşqləri bərpa etmişik. Hər şey qaydasındadır, növbəti turun oyununa hazırlaşırıq”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.

Müdafiəçi Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində “İnter” ilə keçiriləcək matç öncəsi açıqlamalar verib: “Uğursuzluğa son qoymaq istəyirik, ona görə də əzmlə məşq edirik. Səhvlərimizi aradan qaldırmağa çalışırıq. Bizim gücümüz birliyimizdədir. Yaxşı nəticələr qazanmağı, Avropaya getməyi biz də istəyirik. Ardıcıl iki matçda uduzduq. Bəlkə bu başa düşüləndir, bəlkə də yox. Çox adam bu hesablarla uduzacağımızı gözləmirdi. Sadəcə, birinci görüşdə bəxtimiz gətirmədi, Ağdam klubu ilə qarşılaşmada isə rəqib çox güclü idi və yaxşı oynadı”.

Əliyev Gəncə azarkeşlərini “İnter” ilə oyuna səsləyib. O, fanatların dəstəyi sayəsində daha yaxşı çıxış etdiklərini vurğulayıb: “Dəstəyə ehtiyacımız var, azarkeşləri stadionda gözləyəcəyik. Biz fanatlarımızla güclüyük. Onlar bizim yanımızda olanda daha güclü oluruq. Gücümüzü bir daha meydanda göstərib, yenidən turnir cədvəlində üçüncü pilləyə qalxmaq istəyirik”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.