13 aprel 2016 17:00

Rövşən Hüseynli: Onlardan belə oyun gözləmirdim

Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli dünya çempionatına vəsiqə urğunda Hollandiyaya qarşı keçirilmiş cavab pley-off oyunundan (4:4, ilk oyun - 5:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- Oyun bizim gözlədiyimizdən də çətin alındı. Hollandiyanın belə müqavimət göstərəcəyini gözləmirdik. Onlar ilk oyunla müqayisədə bu dəfə çox əla oynadılar. Aydın məsələdir ki, rəqibin itiriləsi heç nəyi yox idi. Buna baxmayaraq, qarşılaşma heç-heçə bitdi və biz cütün qalibi olduq.

- Sizdən cavab matçında da böyük hesablı qələbə gözlənildiyi halda, buna nail ola bilmədiniz. Niyə?
- Deməzdim ki, biz də böyük hesablı qələbə arzulayırdıq. Amma qələbə qazanmağı istəyirdik. İstənilən halda hər şeydən önəmli olan komandamızın dünya çempionatına vəsiqəni təmin etməsidir. Buna necə nail olmağımız artıq ikinci plandadır.

- İlk oyunda 5:1 hesablı qələbənin futzalçılarımızda arxayınlıq yaratdığını demək olar?
- Bəli, həmin qələbənin cavab görüşündəki çıxışımıza təsiri oldu. Hətta cavab matçında hər dəfə hesabda önə keçməyimiz də bizi arxayınlaşdırırdı.

- Matçın gedişində dünya çempionatına vəsiqəni əldən verəcəyinizi düşünmürdünüz?
- Xeyr. Sadəcə, biz öz imkanlarımızdan 50 faiz aşağı çıxış etdik. Buna görə də hesab 4:4 oldu. Bu heç də yaxşı olmadı. Bakıda tam fərqli oynamalı idik. Əfsuslar olsun ki, matça tam yaxşı köklənə bilməmişdik.

- Bəs oyundakı atmosferlə bağlı nə deyə bilərsiniz?
- Atmosfer super idi. Bizi dəstəkləməyə gələn hər kəsə təşəkkürümü bildirirəm.

- Matçın sonunda aqressiv görünürdünüz. Yəqin ki, qol buraxmaqdan bezmişdiniz...
- Çünki oyun mən gözlədiyim kimi getmirdi. Hollandlara oynamaq imkanı verirdik. Matçın sonlarında rəqib qapımız qarşısında təhlükəli vəziyyətlər yaratmağa başlayanda ümumiyyətlə özümdn çıxdım.

- AFFA rəhbərliyi sizi oyundan sonra təbrik etdi?
- Bəli. Qarşıdakı oyunlarda bizə uğur da arzuladılar. Amma hələ nə qədər mükafat alacağımızı bilmirik.

- Millimizdən DÇ-də hansı nəticəni gözləyirsiniz?
- DÇ-nin startına hələ çox vaxt qalır. Hələ ki, nail olduğumuz bu tarixi uğura sevinirik. Ümid edirəm ki, DÇ-də də yaxşı nəticələr qazanacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.