13 aprel 2016 14:20

Təbriz Həsənov: Rəqiblər güclü olsa da, qrupdan çıxmaq istəyirik

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənovun mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, millimizin çalışdırıcısı açılış nitqində bunları söyləyib:

- Biz ilk dəfə bu turnirdə oynayacağıq. Yaxşı çıxış etmək istəyirik. Dünəndən toplanışdayıq. U-19 yığmamızla yoxlama oyunu da keçirəcəyik. Nazim Süleymanov sağ olsun ki, bizim çağırışımızı müsbət cavablandırdı. Gücümüzü bir daha yoxlamaq istəyirik. Aprelin 29-da və ya 30-da daha bir yoxlama oyunu keçirmək istəyirik. Həmin oyun böyük ehtimalla AÇ-də iştirak edəcək komandalardan birinə qarşı olacaq. Təbii ki, hansısa komanda bizim bu təklifimizi qəbul etsə.

Türkiyənin "Beşiktaş" və "Trabzonspor" klublarında çıxış edən dörd oyunçumuz var. Həmçinin Almaniyada oynayan bir futbolçumuz var. Ayın 30-na qədər AÇ-də iştirak edəcək futbolçularımızın siyahısını tam dəqiqləşdirmək istəyirik. Hər şey uşaqların oyun formasından asılı olacaq. Onların bəzisi hazırda formada deyil. Təbii ki, belə oyunçular heyətdə yer almayacaqlar. Rəqiblərimiz güclüdür. Portuqaliyanın oyununu görmüşəm. Onlar qrupun favoritidir. Belçika da Avropanın ən yaxşı yığmalarından biridir. Amma istənilən halda biz də qrupdan çıxmaq istəyirik.

- Siz AÇ-də rəqiblərə uyğun taktika seçəcəksiniz, ya özünüzün xüsusi taktikanız olacaq?
- Komandamızın hər oyun üçün ayrıca taktikası olacaq. Portuqaliya ilə oyunumuz çox çətin olacaq.

- Komandamızın uğur qazanmaq şansı nə dərəcədə yüksəkdir?
- Demək çətindir. Bu yaş qrupundakı komandalardan hər şey gözləmək olar. Rəqiblərimiz meydana tamamilə arxayın da çıxa bilərlər. Biz isə qrupdan hətta dörd xalla da çıxa bilərik.

- Bəs AÇ-nin favoriti olaraq hansı komandaları qeyd edə bilərsiniz?
- İngiltərə, Fransa, Almaniya və Portuqaliyanı favorit hesab edirəm.

- Qarşınıza hansı hədəflər qoyulub?
- AFFA rəhbərliyi qrupdan çıxmağımızı istəyir. Prinsipcə, biz də buna köklənmişik. Bunun üçün yetərli gücümüzün olduğuna da inanıram. İspaniya və Ukrayna yığmalarına qarşı keçirdiyimiz yoxlama görüşlərindəki kimi oynaya bilsək, qrupdan çıxmaq şansımız olacaq. Əsas yaxşı formada olmaqdır. Uşaqlarla psixoloji baxımdan da söhbətlər aparırıq. Lazım gəlsə, psixoloq da dəvət edəcəyik. Amma ən yaxşı psixoloq onları daha yaxşı tanıyan baş məşqçidir. Uşaqlarda heç bir həyəcan görmədim. Sadəcə, məsuliyyətlərini dərk edirlər.

- Turnir ərəfəsində sizi daha çox narahat edən nədir?
- Qapıçımız Məhəmməd Hüseynov dörd aydır məşq etmir. Amma biz yenə də ona dəvət göndərmişik. Başqa zədəli oyunçularımız da var. Məsələn, iki müdafiəçimiz zədəlidir. Onların sıraya dönməsini gözləyirik. AÇ-yə qədər sıraya dönə bilməsələr, onlara əvəz tapmalıyıq.

- Ölkə prezidenti İlham Əliyevlə görüşünüzdə nələri müzakirə etdiniz?
- Biz hədəflərimizdən danışmadıq. Sadəcə, hazırlıq barədə söhbətimiz oldu. O, bizi güclü rəqiblərlə oyunlar gözlədiyini bildirdi. Bu da ölkə başçısının turnirlə bağlı məlumatlı olmasından xəbər verir.

- Futbol ictimaiyyətindən lazım olan dəstəyi görürsünüz?
- Hər kəsi bizə dəstək olmağa səsləyirəm. Bizə əlavə motivasiya lazımdır. Çox istərdim ki, komandamızın üzvləri meydana çıxarkən matçın məsuliyyətini tam olaraq dərk etsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.