13 aprel 2016 13:20
Millimizin DÇ-dəki rəqibləri may ayında bilinəcək
2016-cı ildə Kolumbiyada təşkil olunacaq futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirin püşkü mayın 19-da atılacaq.
Qeyd edək ki, Azərbaycan yığması da mundiala vəsiqə qazanıb. Hazırda mundialda iştirak edəcək 24 komandadan 16-sının adı bilinir.
