13 aprel 2016 11:40

Muarem Muarem: Azərbaycan yığmasına azarkeşlik edəcəyəm

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" ilə matçdan nə gözləyirsiniz?
- Şübhəsiz ki, çətin oyun olacaq. Komandaların xarakteri, mübarizliyi ilk planda olacaq. "Neftçi" ilə oyunlarımızda stadionda həmişə yaxşı ab-hava olur. Buna görə də onlarla oyuna yaxşı hazırlaşmalıyıq. Qələbə qazanmaq istəyirik. Üç xal əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- Yəqin ki, bu oyuna yaxşı köklənmək yolunda son turda "Kəpəz" üzərindəki böyük hesablı qələbənin də sizə köməyi olacaq...
- Əlbəttə, qələbə qazananda növbəti matça daha yaxşı əhval-ruhiyyədə hazırlaşmaq imkanın olur. Çünki komandada yaxşı atmosfer olur, bütün futbolçular böyük istəklə çalışır, əziyyət çəkir. Bir sözlə, bizi maraqlı oyun gözləyir.

- Qeyri-sabit çıxış edən "Neftçi" də son turda prinsipial rəqiblərindən olan "Xəzər Lənkəran"a qalib gəldi. Amma çətinliklə...
- Mən onların "Xəzər Lənkəran"la oyununa baxmamışam. Ona görə də bu barədə heç nə deyə bilmərəm.

- "Qarabağ" son səfər matçında "Neftçi"yə məğlub olmuşdu. Revanş ala biləcəksiniz?
- Mən həmin oyunda "Qarabağ"da deyildim. Amma istənilən halda biz meydana qələbə istəyi ilə çıxacağıq.

- Qol vuracağınız halda hansısa jest nümayiş etdirməyi düşünmürsünüz? Çünki son dövrlər Azərbaycanın əsgər və hərbçilərinin cəbhə xəttində şəhid olmasına bəzi oyunçular biganə qalmamağa çalışır...
- Mənim fikrimcə, bizim çempionatda və avrokuboklardakı uğurlu çıxışımız onlara ən yaxşı hədiyyədir. Əsas bizim ürəyimizdəkilərdir. Qol vursam, həmişəki kimi, Allaha təşəkkürümü bildirəcəyəm.

- Azərbaycan yığmasının Makedoniya ilə yoxlama oyunu keçirəcəyi rəsmən açıqlandı...
- Bunu komandamızın məşqində eşitdim. Fikrimcə, maraqlı oyun olacaq.

- Sizin Azərbaycan yığmasına qarşı oynamaq şansınız var?
- Əlbəttə, bu oyunda oynamaq istəyərdim. Amma təkcə Azərbaycana qarşı oynamağı yox, ümumiyyətlə, Makedoniya millisində olmağı arzulayıram. Azərbaycanla oyun isə mənim üçün xüsusi olardı. Çünki klubumda çıxış edən Azərbaycan millisinin üzvlərinə qarşı oynamaq şansı qazanardım.

- Azərbaycanın Makedoniyaya qalib gəlmək şansı var?
- Azərbaycan yığmasındakı inkişafı nəzərə alsaq, əminliklə demək olar ki, bu komanda hər oyunda meydana qələbə üçün çıxa bilər. Azərbaycan Makedoniyaya da qalib gələcək gücdədir.

- Azərbaycanın U-17 yığmasını Avropa çempionatında dəstəkləməyə gələcəksiniz?
- Əlbəttə. Həmin oyunları canlı görmək istəyirm. Bu, Azərbaycan üçün böyük bir şansdır. Fikrimcə, komandanız bu şansdan yararlana biləcək. Azərbaycan yığmasını yarımfinalda və ya finalda görməyə ümid edirəm.

- Makedoniya yığmasının AÇ-nin final mərhələsinə vəsiqə qazana bilməməsinə təəssüflənmirsiniz?
- Bizimkilərin olmaması pisdir. Amma buraya ən məşhur komandalar gələcək. Bir halda ki, Makedoniya yığması yoxdur, Azərbaycana azarkeşlik edəcəyəm. Bura mənim ikinci evimdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.