13 aprel 2016 11:00
Azərbaycan millisi yenə 10-cu pillədə
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması 10-cu pillədəki yerini qoruyub.
Komandamızın hesabında 1411 reytinq xalı var.
Qeyd edək ki, ötən gün dünya çempionatına vəsiqə uğrunda Hollandiya ilə cavab pley-off matçına çıxan komandamız meydandan 4:4 hesablı heç-heçə ilə ayrıldı. İlk oyunda 5:1 hesabıyla qalib gəlmiş millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazandı. Lakin göründüyü kimi, bu uğur komandamızın reytinq siyahısındakı mövqeyinə heç bir təsir göstərməyib.
