13 aprel 2016 01:10

Eddi İsrafilov baş məşqçisiz qala bilər

Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu İspaniyanın "Kordoba" klubu baş məşqçisiz qala bilər. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçumuzun komandasının son turlardakı uğursuz çıxışıdır.

İspaniya Sequnda Liqasında çıxış edən bu komanda La Liqaya vəsiqə uğrunda mübarizə aparsa da, son turda autsayderlər qrupunda qərarlaşan "Albasete"yə doğma meydanda 2:3 hesabıyla uduzmaqla baş məşqçi Xose Luis Oltranın kreslosunu möhkəm tərpədib. İspaniya mətbuatının yazdığına görə, son altı ev oyununda komandanın ardıcıl məğlubiyyətlərlə üzləşməsi klub rəhbərliyinin də səbr kasasını daşırıb. İstisna deyil ki, yaxın günlərdə Oltranı başqa mütəxəssis əvəzləsin.

Qeyd edək ki, İsrafilovun komandası 48 xal toplayıb və hazırda 9-cu pillədə qərarlaşıb. Halbuki, komanda 2016-cı ilə 3-cü pillədə başlamışdı və liderliyə də çox yaxın idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.