13 aprel 2016 00:40
Rövnəq Abdullayev: Bu, böyük uğurdur
AFFA prezidenti Rövnəq Abdullayev futzal üzrə Azərbaycan yığmasının dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Hollandiya ilə cavab pley-off matçından (4:4, ilk oyun 5:1) sonra bunları söyləyib:
"Bu, böyük uğurdur. Biz heç vaxt dünya çempionatının final mərhələsində oynamamışıq. Şadam ki, Azərbaycan yığması belə böyük turnirdə iştirak edəcək. Bu, ölkəmizdə futzalın daha da inkişaf etməsinə təkan verəcək. Hollandiya ilə matça gəlincə, maraqlı oyun alındı. Uğurun davamının gəlməsini gözləyirik".
