13 aprel 2016 00:20

Elxan Məmmədov: Milli qazandığı uğura görə mükafatını alacaq

AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə Azərbaycan yığmasının dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçirdiyi cavab pley-off matçından (4:4, ilk oyun 5:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Maraqlı oyun alındı. Əsas odur ki, uşaqlar ilk oyundakı qələbədən sonra arxayınlaşmamışdılar və cavab matçına da ciddi yanaşdılar. Uduzmadıq. Bu nəticə reytinqimizə də təsir edəcək. Bu gün azarkeşlərin komandamızı yaxşı dəstəkləməsi də vacib məqamlardandır. Komandamız Avropa çempionatının final mərhələsində dəfələrlə oynamışdı. Amma dünya çempionatında oynamaq təcrübəmiz yox idi.

- Yığmamız özünə sınaqçı-rəqib tapmaqda çətinlik çəkir. Bu problemi necə həll edəcəksiniz?
- Biz qarşıdakı dörd ay üçün hazırlıq qrafiki hazırlayacağıq. Ən azından dörd yoxlama matçı keçirmək lazımdır.

- Tino Peres yığmada qalacaq?
- Biz bu məsələni müzakirə edəcəyik.

- Komandaya mükafat veriləcək?
- Əlbəttə, komanda qazandığı uğura görə mükafatını alacaq. Çünki bu, ən yaxşı nəticədir. Bununla bağlı futzal federasiyasının rəhbərliyi ilə müzakirələrimiz olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.