13 aprel 2016 00:00
Tino Peres: DÇ-də qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində keçirilmiş Azərbaycan və Hollandiya yığmaları arasındakı cavab oyunundan (4:4, ilk oyun 5:1) sonra millimizin baş məşqçisi Tino Peres fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunları söyləyib:
"Dünya çempionatına vəsiqə qazanmağımız münasibətilə hər kəsi təbrik edirəm. Bu gün yaxşı oynamadıq. Nəticənin bu cür alınmasında Hollandiyada qazandığımız qələbənin də təsiri oldu. Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı. Buna baxmayaraq, qarşıya qoyulan hədəfə çatdıq. Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir. Bu, püşkdən də asılıdır. Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”.
