12 aprel 2016 17:20

Orxan Qurbanlı: Biz erməni futbolçuları öz oyunumuz və qələbəmizlə məyus etdik

Latviyanın "Dauqava" klubunun yarımmüdafiəçisi Orxan Qurbanlının azerisport.az saytına müsahibəsi

- Latviya kubokunun 1/4 finalında "Metta/LU" üzərində qazandığınız qələbə (2:0) barədə təəssüratlarınız necədir?
- Çox ağır oyun oldu. Xoşbəxtlikdən biz ələ düşən qol şanslarından yaxşı yararlandıq. Bu qələbə bizim üçün çox vacib idi.

- Yarımfinala vəsiqə qazandınız. Yəqin ki, hədəf finala çıxmaqdır?
- Bu mərhələdə mübarizənin bir oyundan ibarət olduğunu nəzərə alsaq, qələbə qazanmağımız önəmli idi. Şübhəsiz ki, finala çıxmaq istəyirik. Allah eləsin ki, buna nail olaq.

- Yarımfinalda sizi "Babite" - "Yelqava" cütünün qalibi ilə oyun gözləyir. Hansı ilə oynamaq istəyərdiniz?
- Fərqi yoxdur, kim düşürsə, düşsün. Bizim öz hədəflərimiz var. Onun üçün də mübarizə aparırıq.

- Son oyunda Mirabdulla Abbasovun ötürməsindən sonra qol vurdunuz...
- Bəli, elədir. O, cərimə meydançasına yaxşı ötürmə etdi. Mənə sadəcə, topu tora qovuşdurmaq qalırdı.

- Həmin qolu əsgər salamı ilə qeyd etməyi öncədən planlaşdırmışdınız?
- Matçdan öncə belə bir fikrim var idi. Düzünü deyim ki, mən də, Mirabdulla da qol vuracağımız halda hansısa formada dəstək olmağı çox istəyirdi. Xoşbəxtlikdən bu arzumuz gerçəkləşdi. Latviyada olsaq da, ürəyimiz vətənlədi.

- Bu matçda rəqibin heyətində erməni futbolçular da var idi. Bu, sizin üçün əlavə motivasiya yaradırdı?
- Bəli, bilirdik ki, rəqibin heyətində erməni futbolçular var. Bu da bizim üçün əlavə motivasiya demək idi.

- Matçın gedişində onlarla hansısa probleminiz olmadı?
- Xeyr, heç bir problem olmadı. Biz öz oyunumuz və qələbəmizlə rəqibi məyus etdik.

- Müqavilə ilə məxsus olduğunuz "Neftçi"nin son turda "Xəzər Lənkəran"a 1:0 hesabıyla qalib gəldiyi oyuna baxdınız?
- Matçın videoyazısına baxdım və bu qələbəyə çox sevindim. Uşaqları bu qələbə münasibətilə təbrik də etdim.

- Bu tempdə davam etsəniz, Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin diqqətini çəkə biləcəyinizə ümid edirsiniz?
- Fikrimcə, əsas milliyə dəvət almaq həm mənim, həm də Mirabdulla üçün tezdir. Öncə biz U-21 yığmamıza düşmək barədə düşünməliyik. Təbii ki, hər ikimiz nə vaxtsa əsas millinin də şərəfini qorumağı arzulayırıq. Sadəcə, bu barədə danışmaq hələ tezdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.