12 aprel 2016 17:40
İqor Mitreski: Azərbaycan yığmasının Makedoniya ilə oyunda qələbə şansı daha çoxdur
"Neftçi"nin sabiq müdafəçisi İqor Mitreski mayın 29-da Azərbaycan və Makedoniya yığmaları arasında keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında makedoniyalı veteran futbolçu bunları söyləyib:
"Makedoniya futbolunda hazırda böyük böhran hökm sürür. Hətta deyərdim ki, çox böyük böhran var. Yığmamız FİFA reytinqində 141-ci pillədə qərarlaşıb. Komandada yaxşı oyunçuların sayı çox azdır. Azərbaycan yığmasında təcrübəli futbolçular daha çoxdur. Buna baxmayaraq, maraqlı oyun olacağını düşünürəm. Azərbaycan yığmasının qələbə şansının daha çox olduğunu düşünmək olar. Matç neytral meydanda keçirilsə də, hər şey ola bilər".
