12 aprel 2016 17:00
Zirədə iki qayıdış
"Zirə" Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın heyətində iki itki var.
Belə ki, zədəli olan Dieqo Souza zədə səbəbindən qarşıdakı oyunu buraxmalı olacaq. Vüqar Mustafayev də xəstə olduğuna görə məşq edə bilmir.
Əvəzində Yovan Krneta ilə Çimezi Mbah sıraya dönüb.
