12 aprel 2016 15:20
Kəpəz Bakıda hazırlaşır
Topaz Premyer Liqasının 30-cu turunda Gəncədə “İnter”i qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı oyunun hazırlığına başlayıb. Azerisport.az xəbər verir ki, komanda Bakıda məşq edir.
“Sarı-göylər” aprelin 15-də Nizami yurduna gələcək. Komanda həmin gün matçın keçiriləcəyi şəhər stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, “Kəpəz” – “İnter” görüşü aprelin 16-da saat 13:30-da başlayacaq. Oyun CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq. (klub saytı)
