Bakıya texniki məğlubiyyət verildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan aşağı yaş qruplarından ibarət komandalar arasında ölkə birinciliklərində baş verənlərə də hüququ qiymət verilib:
U-17 Liqasında “Rəvan” - AZAL matçının 56-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Aydın Ramaldanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-17 Liqasında “Kəpəz” - “Bakı” matçında “Bakı”nın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-15 Liqasında “Xəzər Lənkəran” - “İnter” matçının 58-ci dəqiqəsində “İnter”in futbolçusu Miqdar Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-14 Liqasında “Sumqayıt” - “Qəbələ” matçının 49-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Rauf Məhərrəmov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
U-13 Liqasında “Vətən” - “Qarabağ” matçının 15-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Rəşad İsmayılzadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Qatar” - “Baku Fire” matçının 30-cı dəqiqəsində “Baku Fire” klubunun futbolçusu Ceyhun Əhmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. Oyunun 30-cu dəqiqəsində “Qatar”ın futbolçusu Saleh Əzizov aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin “Obolon” - “Amrahbank” matçının 30-cu dəqiqəsində “Amrahbank”ın futbolçusu hakimin icazəsi olmadan meydançaya daxil olaraq oyuna mudaxilə edib. “Amrahbank”ın futbolçusu Həbib Amanov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
