12 aprel 2016 12:40
Zirə avrokuboklar üçün öz stadionunu sifariş etdi
"Zirə" avrokuboklara vəsiqə qazanacağı halda ev oyunlarını keçirmək istədiyi stadionları sifariş edib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Zirə İdman Kompleksinin stadionunu əsas arenası kimi göstərib.
Amma zirəlilər bu arenada yalnız ilk iki təsnifat mərhələsinin ev oyunlarını keçirə bilər. Ondan sonrakı mərhələlərdə UEFA-nın arenalar üçün tələbləri fərqli olur. Bu üzdən "Zirə" də daha çox azarkeş tutumuna malik arenaya köçmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, "Zirə"nin hələ avrokuboklara buraxılacağına tam aydınlıq gəlməyib. Bu məsələyə tam olaraq may ayında aydınlıq gələcək.
