Azərbaycan DÇ-nin final mərhələsində!
Bu gün futzal üzrə Azərbaycan yığması dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununa çıxıb. Azerisport.az xəbər verir ki, millimiz doğma meydanda Hollandiya ilə qarşılaşıb.
Komandamız Almeredə baş tutan səfər oyununda 5:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə millimiz bu uğurun davamını gətirməklə tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxacaqdı. 8 qolun vurulduğu oyun heç-heçə bitsə də, ümumi hesabda üstün olan Azərbaycan futzalçıları əsl tarix yazaraq ilk dəfə mundialda çıxış etmək imkanı qazanıb.
DÇ-2016-nın seçmə mərhələsi
Pley-off (cavab matçı)
12 aprel
Azərbaycan - Hollandiya - 4:4 (ilk oyun - 5:1)
Qollar: R.Fərzəliyev, 12 (1:0). Ceyar, 14 (1:1). Amadeu, 15 (2:1). Velseber, 16 (2:2). Eduardo, 20 (3:2). Mossaui, 26 (3:3). Rafael, 26 (4:3). Attaibi, 28 (4:4).
Hakimlər: Gerald Bauemfeynd (Avstriya), Oleq İvanov (Ukrayna).
Bakı İdman Sarayı.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 9. Auqusto, 10. Amadeu, 15. Rafael.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 4. Ramiz Çovdarov, 5. Fineo, 7. Rəcəb Fərəczadə, 8. Rizvan Fərzəliyev (k), 11. Namiq Məmmədkərimov, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 17. İsa Atayev.
Baş məşqçi: Tino Peres.
Hollandiya: 1. Van Maasbommel, 3. El Qannuti, 4. Ceyar, 8. El Morabiti (k), 14. Darri.
Ehtiyat oyunçular: 12. Kuyk, 2. Yuste, 5. Buzambu, 6. Mossaui, 7. Amrani, 9. Velseber, 10. Attaibi, 11. Molkaray, 13. Besliya.
Baş məşqçi: Marsel Lusveld.
