12 aprel 2016 11:00

Rizvan Fərzəliyev: Bizi heç-heçə və ya minimal hesablı məğlubiyyət qane etmir

Futzal üzrə Azərbaycan yığmasının kapitanı Rizvan Fərzəliyev dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı keçiriləcək cavab pley-off matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Cavab matçına necə hazırlaşmısınız?
- Aprelin 7-dən toplanışdayıq. Oyuna tam hazırıq. İlk oyunda yaxşı üstünlük əldə etdik. Buna baxmayaraq, hələ cütün taleyinə aydınlıq gəlməyib. Şanslar əllinin əlliyədir. Dünya çempionatında oynamaq istəyiriksə, cavab matçına da ciddi köklənməli və qalib gəlməliyik.

- Yığmamızın bütün üzvləri ilk oyundakı 5:1 hesablı qələbənin elə də böyük üstünlük olmadığını deyir. Amma bir komanda öz meydanında 1:5 hesabıyla uduzursa, ondan səfərdə hansı təhlükəni gözləmək olar ki?
- Üstünlüyümüz pis deyil. Sadəcə, meydana arxayın çıxmamalıyıq. Düzdür, minimal hesablı uduzmaq da bizə sərf edir. Amma meydana belə fikirlərlə çıxmaq olmaz. Qələbə qazanmaq lazımdır.

- Tino Peres ilk oyunda qol vəziyyətlərindən yaxşı yararlandığınızı deyir. Cavab görüşündə necə olacaq?
- İstərdim ki, cavab matçında da bu baxımdan çətinliklə üzləşməyək. Ev oyununda komandamız daha çox həyəcanlı olacaq. Bu da qol vəziyyətlərindən yaxşı yararlanmağa problem yarada bilər.

- Yığmamızın çox emosional qapıçısı var - Rövşən Hüseynli. Ev oyunundakı atmosfer ona mənfi təsir etməz ki?
- O, artıq böyük turnirlərdə çıxış edib və təcrübəsi yetərincədir. Baxmayaraq ki, hələ gəncdir. Belə vəziyyətlərdə necə davranmaq lazım olduğunu bilir. Onu dəstəkləmək lazımdır.

- Yığmanın ən təcrübəli üzvlərindən birisiniz. Karyeranızda bir neçə dəfə dünya çempionatına vəsiqə qazanmağa yaxın olmusunuz. Özünüz həyəcanlı deyilsiniz?
- Həyəcan olmalıdır. Bu da daha çox məsuliyyətdən irəli gəlir. Bizi heç bir heç-heçə və ya minimal hesablı məğlubiyyət qane etmir. 100 faizlik nəticə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.