Yuri Fomenko: Ümid edirəm ki, hər şey İnter üçün yaxşı nəticələnəcək
"İnter"in hücumçusu Yuri Fomenko Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində AZAL üzərində 1:0 hesablı qələbə qazandıqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyunda yaxşı çıxış etdik. Ələ düşən qol şanslarından birini dəyərləndirdik və bu, qələbə qazanmağımız üçün yetərli oldu. Buna görə şadıq. "İnter"in qarşıdakı avrokubok mövsümünü buraxmaq ehtimalının çox olmasına gəlincə, hələ heç nə dəqiq bilinmir. Klub apelyasiya şikayəti verib. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı nəticələnəcək. İstənilən halda biz hər oyuna yüksək motivasiya və qələbə istəyi ilə çıxırıq".
Ukraynalı hücumçu "Qarabağ"ın ardıcıl üçüncü çempionluğunu rəsmiləşdirmək şansına da toxunub: "Qarabağ"ın çempion olacağını indidən demək tezdir. Qarşıda hələ xeyli oyun var".
