11 aprel 2016 19:20
Neftçinin 5 futbolçusu yığma komandada
May ayında Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, aprelin 12-13-də paytaxtımızda baş tutacaq hazırlıq prosesinə "Neftçi”nin 5 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar.
Qeyd edək ki, U-17 milli komandamızın kapitanı Elçin Əsədov hazırda zədəli olduğu üçün təlim-məşq toplanışına dəvət olunmayıb. (klub saytı)
