11 aprel 2016 19:00

Azərsun Holdinq də AÇ-nin sponsoru oldu

Bu gün “Azərsun Holdinq”in nəzdindəki Azərsun Akademiyasında “Azerçay” brendinin UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın sponsoru olması ilə bağlı müqavilə imzalanıb. Azerisport.az xəbər verir ki, müqaviləni AFFA-nın baş katibi, Avropa çempionatının Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və “Azersun Holdinq”in baş direktoru Savaş Uzan imzalayıblar.

Müqavilə imzalandıqdan sonra hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim edib.
 
Savaş Uzan: “Azərbaycanda təşkil olunan bütün beynəlxalq tədbirlər “Azersun Holdinq” olaraq bizi sevindirir. Çünki bu cür tədbirlər həm ölkənin təbliği, həm də konkret fəaliyyət sahəsinin inkişafı baxımından çox vacibdir. Azerçay brendi indiyə qədər bir sıra yerli və beynəlxalq yarışlarda təmsil olunub. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 önəmli futbol turnirlərindən biridir və inanıram ki, bu idman yarışı yüksək səviyyədə təşkil olunacaq, ölkəmizə gələn qonaqlar məmnun qalacaqlar. “Azersun Holdinq” və Azerçay-Doğma çay brendi olaraq bu böyük tədbirin ən gözəl şəkildə təşkilinə öz töhfəmizi verə biləcəyimiz üçün çox sevincliyik”.
 
Elxan Məmmədov: “Azersunq Holdinq”in ölkəmizdə təşkil olunacaq Avropa çempionatına xüsusi diqqətlə yanaşması təqdirəlayiq haldır. Təşkilati işlərdə bizə dəstək verdiyi üçün “Azersun Holdinq”ə AFFA-nın rəhbərliyi adından təşəkkür edirik. Bilirik ki, Azerçay çox tanınmış brendlərdən biridir və bu brendin Azərbaycanda keçiriləcək U-17-lər arasında Avropa çempionatında bizimlə birgə olması çox xoşdur. Əminəm ki, əməkdaşlığımız məhsuldar olacaq”. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.